Rus sülhməramlıları bir həftə ərzində 200-dən çox tranzit avtomobilinin və təxminən 1000 nəfərin təhlükəsiz hərəkətini təmin ediblər. Bu barədə RF Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Müşahidə postunun əməkdaşları məsul olduqları ərazidə atəşkəs rejiminə riayət olunmasını gecə-gündüz izləyirlər. Hərbi personal keçid məntəqəsindən tranzit avtomobillərin vasitələrinin təhlükəsiz hərəkətini təmin edir. Həm də mümkün təxribatların qarşısını almaq üçün bütün avtomobillər yoxlanılır", - deyə Rusiya sülhməramlı qüvvələrinin nümayəndəsi Yevgeni Mişin bildirib.
27 müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyətə, atəşkəs rejiminə nəzarət edir.