Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin humanitar yardım üzrə koordinatoru Martin Qriffitslə görüşəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib.
Zaxarova Rusiya XİN rəhbərinin BMT rəsmisi ilə oktyabrın 22-də görüşəcəyini qeyd edib.
“Suriya, Əfqanıstan, Yəmən, Efiopiya, Ukrayna, eləcə də Dağlıq Qarabağda BMT-nin humanitar yardımı müzakirə olunacaq” , - deyə Zaxarova qeyd edib.