Oktyabrın 21-də Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina Pirisi qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tərəflər Ermənistanla NATO arasında siyasi dialoqun səviyyəsindən məmnun olduqlarını bildiriblər. ER xarici işlər naziri Ararat Mirzoyan Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının həyata keçirilməsini ER-NATO əməkdaşlığının inkişafı üçün effektiv vasitə kimi vacib sayıb. Xavier Kolomina Piris qeyd edib ki, Ermənistan Şimali Atlantika Alyansının etibarlı tərəfdaşı hesab olunur.
Ermənistan sülhməramlı birləşmələrinin beynəlxalq sülhməramlı missiyalarda davamlı iştirakına toxunulub. Xavier Kolomina Piris Ermənistana NATO-nun sülhməramlı əməliyyatlarında iştirakına görə təşəkkür edib.
Görüşdə beynəlxalq və regional təhlükəsizlik ilə bağlı məsələlər müzakirə edilib. Nazir Mirzoyan həmsöhbətinin diqqətini Azərbaycanın Türkiyənin iştirakı ilə Artsaxa qarşı başlatdığı təcavüz nəticəsində yaratdığı vəziyyətə çəkib. Bu kontekstdə o, ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı altında Dağlıq Qarabağ münaqişəsinin davamlı, hərtərəfli həllinin zəruriliyini vurğulayıb.
Tərəflər mübahisələrin həllində güc tətbiq etməmək prinsipinin qorunmasının vacibliyini də qeyd ediblər.