20 oktyabrda Ermənistan, Azərbaycan və Rusiya hökumət başçıları müavinlərindən ibarət üçtərəfli İşçi Qrupunun 8-ci iclasının ilk hissəsi baş tutub.
Moskva görüşündə Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryan, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk iştirak ediblər.
Görüşdə Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpasının perspektivləri, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin yanvarın 11-də qəbul etdikləri 4 maddəlik birgə bəyanat çərçivəsində görülən işlərin gedişatı müzakirə edilib.
Tərəflər 8-ci görüşün ikinci hissəsinin yaxın vaxtlarda keçirilməsi barədə razılığa gəliblər.