“Hər gün yoluxma sayının artması bizi də narahat edir”.
“Report” xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, yoluxma hallarının artmasına ilk səbəb yumşalma tədbirlərinə gedilməsidir: “Həmçinin səbəblərdən biri də kütləviliyin artması və soyuq hava şəraiti ilə əlaqədar qapalı məkanlarda insan çoxluğudur. Ona görə də otağın havasının mütəmadi dəyişdirilməsi mütləqdir. Ofislərdə, iş yerlərində müvafiq qaydalara əməl edilməməsi də yoluxma sayının artımına təsir etmiş olur”.