ABŞ Senatının Təxsisatlar (maliyyə ayırmaları) Komitəsi Artsaxa maddi yardım ayrılması tövsiyəsi ilə çıxış edib.
Komitə 2021-ci maliyyə ili üzrə "Dövlət və xarici təxsisatlar" (ayırmalar) qanun layihəsini yayıb.
Qanun layihəsində komitə Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərərçəkən ərazilərdə humanitar minatəmizləmə işlərinin aparılması və partlamamış sursatın məhv edilməsi üçün 2 000 000 dollar ayırmağa təklif edir.
Layihədə Dağlıq Qarabağ münaqişəsi nəticəsində didərgin düşmüş insanlara humanitar yardım göstərilməsi də çağırılır.