Oktyabrın 18-də ER Baş Qərargah rəisi, general-leytenant Artak Davtyan Beynəlxalq Qızıl Xaç Komitəsinin ER-dakı nümayəndə heyətinin rəhbəri Tieri Ribo ilə görüşüb.
Görüş zamanı tərəflər ER Silahlı Qüvvələri ilə BQXK arasındakı əməkdaşlığı yüksək qiymətləndirərək, gələcək birgə proqramları və qarşılıqlı əməkdaşlığın yeni istiqamətlərini müzakirə etdilər.
Artak Davtyan 2020-ci ildə baş vermiş 44 günlük müharibə zamanı itkin düşmüş, girov götürülmüş hərbçilər və mülki şəxslərlə bağlı məsələlərdə BQXK rolunu vacib sayıb.
Tieri Ribo, öz növbəsində, nümayəndə heyətinin qeyd olunan problemin həlli üçün əlindən gələni etdiyini vurğuladı.