Oktyabrın 19-da ER Parlamentinin sədrinin müavini, ER Parlamentinin AŞPA Nümayəndəliyinin rəhbəri Ruben Rubinyan Avropa Şurası Nazirlər Komitəsinin Demokratiya üzrə məruzəçilər qrupunun rəhbəri, İsveçin AŞPA-dakı daimi nümayəndəsi Martin Ehnbergi və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
44 günlük Artsax müharibəsi, onun humanitar nəticələri və Azərbaycanda saxlanılan erməni əsirlərin dərhal geri qaytarılması ilə bağlı məsələlər müzakirə edilib.
Erməni deputatlar Azərbaycanın anti-erməni təbliğatından danışıblar və bu kontekstdə bölgənin davamlı inkişafı üçün təhlükəli ola biləcək nəticələrə işarə ediblər. Ruben Rubinyan qeyd edib ki, bölgədə vəziyyət qeyri-sabit qalmağa davm edir.
Bu, Azərbaycanın bəyanatda verdiyi öhdəliklərin yerinə yetirilməməsi, Ermənistanın suveren ərazilərinə olan istəkləri və yeni güc tətbiq təhlükəsi ilə əlaqədardır.