Fransa səfiri Nikolas de Bouillant de Lakost Minskin tələbi ilə Belarusu tərk edib.
Bu haqda informasiyanı “Agence France-Presse” agentliyi diplomatın özünə istinadən yayıb.
"Fransa səfiri Minskin tələbi ilə Belarusdan gedir", - agentliyin açıqlamasında deyilir.
Diplomatik missiyanın adının çəkilməsini istəməyən qadın nümayəndəsinin sözlərinə görə, səfir artıq işçiləri ilə vidalaşıb.
"Belarus Xarici İşlər Nazirliyi səfirdən 18 oktyabradək ölkədən ayrılmasını tələb etdi" deyə o, qeyd edib. Digər təfərrüatlar verilmir.