Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar regiona səfərə gəlir.
Bu barədə Toivo Klaar “Twitter”də bildirib.
O, Bakıda, Tbilisidə və Yerevanda görüşlər keçirəcək.
“Avropa İttifaqı çiçəklənən və barış içindəki Cənubi Qafqaz üçün tərəfdaşları ilə birgə çalışır”, - diplomat qeyd edib.