Rusiya xarici işlər naziri Sergey Lavrovla Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer arasında telefon danışığı olub. Bu barədə RF XİN-in saytında bildirilir.
Telefon danışığı zamanı tərəflər dünyanın müxtəlif bölgələrində, o cümlədən Suriya, Əfqanıstan, Myanma, Ukrayna və Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar böhranla mübarizə mövzusunda fikir mübadiləsi aparıblar. Tərəflər qarşılıqlı maraq kəsb edən sahələrdə daha da səmərəli əməkdaşlığı davam etdirməyə hazır olduqlarını ifadə ediblər və BQXK-nın fəaliyyətini dəstəkləmək yollarını müzakirə ediblər.