2021-ci ilin oktyabr ayının əvvəlindən bəri Azərbaycan tərəfi qəsdən üçtərəfli bəyanatla götürdüyü öhdəliklərini pozur və Artsax-Azərbaycan təmas xəttinin müxtəlif yerlərində təxribatçı hərəkətlərə əl atır. Bu barədə Artsax Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Qeyd olunub ki, əvvəllər atışlar tez-tez xəbərdarlıq məqsədi daşıyırdısa və erməni hərbçilərini hədəf almırdısa, son günlərdə insanlar hədəfə çevrilib.
Video sübut edir ki, Azərbaycan təxribtçı hərəkətlərə əl atır, erməni tərəfi isə yüksək səviyyəli razılaşmaya sadiq qalır.