Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.
Rusiya XİN-dən bildiriblər ki, nazirlər İranın nüvə proqramı üzrə birgə hərtərəfli fəaliyyət planı (JCPOA) ətrafında yaranmış vəziyyəti müzakirə ediblər.
Söhbətin İran tərəfinin təşəbbüsü ilə baş tutduğu deyilir.
“İranın nüvə proqramı ilə bağlı birgə hərtərəfli fəaliyyət planı ətrafında vəziyyət nəzərdən keçirildi. “Nüvə razılaşması”nın başlanğıc balanslaşdırılmış konfiqurasiyada bərpasının bütün tərəflər üçün hüquq və maraqların təmin edildiyi yeganə düzgün yol olması təsdiqləndi”, - məlumatda deyilir.