Rusiya tərəfinin təşəbbüsü ilə oktyabrın 14 -də Belarusiyanın paytaxtı Minskdə Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutub.
Xarici İşlər nazirləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri, o cümlədən 9 noyabr 2020-ci il tarixli bəyanatın həyata keçirilməsini müzakirə etdilər.
ER xarici işlər naziri Ararat Mirzoyan Rusiyanın vasitəçilik səylərini yüksək qiymətləndirdi.
Eyni zamanda, nazir Mirzoyan tərəflərin diqqətini 9 noyabr bəyanatının bəzi müddəalarının hələ də yerinə yetirilməməsinə yönəltdi. Nazir bu kontektsdə erməni hərbi əsrilərin qeyd-şərtsiz vətənə qaytarılmasını vurğuladı.