Ermənistan oktyabrın 14-də Haaqada Beynəlxalq Ədalət Məhkəməsinə Azərbaycanın ermənilərə qarşı etnik zəmində nifrəti təbliğ etdiyini bildirib. Ermənistan məhkəmədən zorakılıq və nifrəti dayandırmaq üçün tədbirlər görməsini istəyib.
Ermənistanın nümayəndəsi Yeqişe Kirakosyan bu ittihamları Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycanın etnik ayrı-seçkiliyin ləğvi ilə bağlı beynəlxalq konvensiyanı pozmaması üçün təcili tədbirlər görülməsinə dair müraciəti əsasında keçirilən dinləmələr zamanı açılış nitqində irəli sürüb.
Bu gün Haaqa Məhkəməsində müzakirənin ikinci mərhələsi keçirilir.