Artsax Respublikasının Baş prokuroru və müavini dünən axşam saatlarında Artsax Respublikasının Martuni rayonunun Nor Şen kəndində baş verən hadisə yerinə gedərək, hərbçilər və kəndin başçısı Qevorg Harutyunyanla görüşdülər.
Artsax Respublikası Prokurorluğundan bildirilir ki, hadisə yerində aparılan müzakirələr nəticəsində məlum oldu ki, Ermənistan mövqeyindən cəmi 400 metr uzaqlıqda yerləşən Azərbaycan mövqeyində təxribat xarakterli hərəkətlər oktyabrın 13-dən başlayıb.
“Hadisə günü döyüş mövqelərimiz açıq şəkildə birbaşa hədəfə alındı (sübutlar aşağıda foto şəklində təqdim olunur) və yaşayış mətəqələrin təhlükəsizliyini təmin edən erməni mövqeyində xidmət edənlərin həyatı və sağlamlığı üçün təhlükə yaradı.
Oktyabrın 14-də Azərbaycan tərəfi daha böyük çaplı silahlarla erməni hərbçilərinin çadırını hədəfə aldı və nəticədə 6 hərbçi yaralandı, onlardan ikisinin vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirildi”,-məlumatda deyilir.
Qeyd olunub ki, Martuni rayonunun Cənub və Myurişen kəndləri yaxınlığındakı Azərbaycan mövqelərindən də atıcı silahlardan təxribatçı hərəkətlər həyata keçirildi. Hadisədən dərhal sonra rus sülhməramlıları gərginlik zonalarına getdilər və atışma dayandırıldı.
“Son hadisələr göstərir ki, Azərbaycan tərəfi Artsax-Azərbaycan təmas xəttinin müxtəlif hissələrində təxribatçı hərəkətlər törədərək, mülki əhali arasında çaxnaşma yaratmağa çalışır”,-bəyanatda qeyd olunur.