ER Xarici İşlər Nazirliyi oktyabrın 14-də Artsaxın Norşen kəndi yaxınlığında Azərbaycan Silahlı Qüvvələri tərəfindən atəşkəsin kobud şəkildə pozulmasını kəskin şəkildə pisləyən bəyanat yayıb.
“Azərbaycan tərəfi bu gün, 15 oktyabrda da Artsaxın şimal-şərq istiqamətində atəşkəsi pozmağa davam edərək Müdafiə Ordusunun təcili yardım maşınını atəşə tutdu. Qeyd edirik ki, bu, bir həftə ərzində Azərbaycan tərəfindən atəşkəsin pozulması nəticəsində mülki əhalinin və hərbçilərin zərər çəkdiyi ikinci ciddi hadisədir”,-bəyanatda deyilir.
XİN qeyd edir ki, oktyabrın 9-da Artsaxın Martakert şəhəri yaxınlığında mülki şəxs Aram Tepnants snayper tərəfindən öldürülmüşdü.
“Atəşkəs rejiminin qorunub saxlanması və gələcəkdə belə hadisələrin qarşısının alınması üçün Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi ilə lazımi addımların atılmasını vacib sayırıq”,-bəyanatda vurğulanır.