Oktyabrın 15-də MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Minskdə olan ER xarici işlər naziri Ararat Mirzoyan Belarusiyalı həmkarı Vladimir Makey ilə görüşüb.
Ermənistan və Belarusun xarici işlər nazirləri Ermənistan-Belarus əməkdaşlığının gündəliyinə ətraflı toxunublar.
Görüşdə beynəlxalq və regional təhlükəsizlik məsələlərinə də toxunulub.
Dağlıq Qarabağ münaqişəsinə toxunan Ararat Mirzoyan ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı çərçivəsində hərtərəfli nizamlanmanın vacibliyini vurğulayıb.