Oktyabrın 14-də ER Parlamentinin sədri Alen Simonyan İsveç Krallığının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Patrik Svensonu qəbul edib.
Alen Simonyan vurğulayıb ki, İsveç Ermənistanın potensial etibarlı tərəfdaşlarından biridir.
Patrik Svenson ikitərəfli parlament əlaqələrinin inkişafını, çoxşaxəli əməkdaşlığın genişləndirilməsini vacib sayıb.
Tərəflər Ermənistan-İsveç əməkdaşlığının dərinləşməsi ilə bağlı bir sıra məsələləri də müzakirə ediblər.