Oktyabrın 13-də ER parlamentinin sədri Alen Simonyan İran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Müntəzirinin başçılıq etdiyi nümayəndə heyəti qəbul etdi.
Alen Simonyan qeyd edib ki, Məhəmməd Cəfər Müntəzirinin səfəri iki ölkə arasında dostluq münasibətlərin güclənməsinə töhfə verəcəkdir. O həmçinin vurğuladı ki, Ermənistan-İran əməkdaşlığı sülh, inkişaf, mədəniyyətlər arasında dialoq gündəliyinə üstünlük verən ölkələr üçün yaxşı nümunə ola bilər.
Parlament sədrinin sözlərinə görə, regionda gərginliyin azalması və sabitliyin bərpası məsələsində İranın rolu və potensialı aydındır və ER sərhədlərinin toxunulmazlığı ilə bağlı İran tərəfinin mövqeyini bunun parlaq nümunəsidir.
İranın Baş prokuroru regional təhlükəsizliyə əhəmiyyət verərərk, terrorçu qruplaşmalara qarşı mübarizəni vacib sayıb. Onun sözlərinə görə, İran üçün öz və qonşularının təhlükəsizliyi çox vacibdir.