Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova həftəlik brifinqdə, noyabrın 9-da Martakert bölgəsində Azərbaycan tərəfinin açdığı atəş nəticəsində bir mülki şəxsin ölümcül yaralanmasına toxunaraq, bütün yaxınlarına və qohumlarına dərin hüznlə başsağlığı verib. “Rusiya sülhməramlı kontingentinin komandanlığı hər iki tərəfin nümayəndələrinin iştirakı ilə müvafiq araşdırma aparır. Rusiya sülhməramlıları, məsul olduqları ərazidə insidentlərin qarşısını almaq məqsədilə səyləri əlaqələndirmək üçün Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahları ilə əməkdaşlıq edirlər", - deyə Zaxarova bildirib.
Onun sözlərinə görə, faciəli hadisə üç ölkə liderlərinin bəyanatlarının bütün müddəalarına qeyd-şərtsiz əməl olunmasının zəruriliyini təsdiq edir. "Hər iki tərəfi humanitar sahədə qarşılıqlı mübahisəli məsələləri ən qısa zamanda aradan qaldırmağa, "hamının hamıya" prinsipi ilə əsirlərin və mina xəritələrinin mübadiləsini təşkil etməyə çağırırıq”.