ER Hökuməti Ermənistan-İran yolları ilə bağlı probləmləri həll etmək istiqamətində aktiv işlər aparır. Bunu İranın Tasnim agentliyinə müsahibədə ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Ermənistan-İran yolları ilə bağlı bəzi probləmlər ortaya çıxdı, amma ER Hökuməti bu ilin sonuna qədər ilk alternativ yolu tikmək üçün aktiv işlər aparır. Bu qısamüddətli bir problemdir. Lakin daha əhəmiyyətli bir layihə var. Sentyabrın sonunda Ermənistan Hökuməti Şimal-Cənub, Sisyandan-İran sərhədinə aparan yolun laytihəsini təsdiqlədi. Bu layihənin dəyəri 1 milyard dollardan çoxdur və bu, regional infrastrukturları tamamilə dəyişdirəcəkdir”,-deyə Qriqoryan qeyd etdi.
TŞ katibi həmçinin əlavə etdi ki, Ermənistan Çabahar limanı Qara dənizə bağlayan vacib infrastrukturun ideasını dəstəkləyir. Bu layihə Ermənistana böyük imkanlar açacaq və Ermənistanla İran arasında mal dövriyyəsini artdıracaq.