Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan, Rusiya və Azərbaycanın dini liderlərinin görüşünə toxunub.
“Dini liderlər arasında ünsiyyət onilliklər ərzində qorunub. Bu, yüksək güvən ilə fərqlənir”- Zaxarova deyib.
O vurğuladı ki, bu, şübhəsiz ki, tərəflər arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, dinlərarası dialoqun təşviqinə kömək edir. Bu, problemləri aradan qaldırmaq, güvən və dialoq mühiti yaratmaq üçün çox vacib bir formatdır”,- Rusiya XİN nümayəndəsi vurğuladı.