Oktyabrın 14-də Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Belarusun paytaxtı Minskdə keçirilən MDB üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib.
Nazir Mirzoyan iclasda Azərbaycanın Artsaxa qarşı başlatdığı hərbi təcavüzə toxunub.
Ararat Mirzoyan, noyabrın 9-da keçirilən üçtərəfli bəyanatın müddəalarının həyata keçirilməsini, xüsusən erməni hərbi əsirlərin və digər saxlanılan şəxslərin dərhal azad edilməsini, Azərbaycan SQ nəzarəti altında olan ərazilərdə erməni mədəni və dini irsinin qorunub saxlanılmasının zəruriliyini vurğulayaraq qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri mandatı çərçivəsində münaqişənin hərtərəfli həlli Cənubi Qafqazda davamlı sülhün bərqərar olunmasına böyük töhfə verəcək.