ER Baş prokuroru Artur Davtyanın dəvəti ilə İran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Montazeri Ermənistanda üç günlük işgüzar səfərdədir.
“İran etibarlı dostudur və yaxşı qonşu ölkəsidir, münasibətlərimizin yüz illərlə tarixi var. İran həm də Ermənistanın ən vacib ticarət tərəfdaşıdır, bizim də İranda çox fəal erməni icması var.
Ermənistan-İran münasibətləri yüksək səviyyədə olmasını liderlərimizin çoxsaylı görüşləri və müzakirə olunan məsələlərin çox qatlı olması sübut edir”,- deyə ER Baş prokuroru qeyd etdi.
İki ölkənin Baş Prokurorları, bölgəni beynəlxalq terrorizmdən uzaq tutmağın vacibliyini vurğuladı. Terrorizm təhdidi bölgədə xüsusilə 2020-ci ildə Artsax müharibə zamanı Türkiyənin dəstəyi ilə terror qrupların münaqişə bölgəsinə köçürülməsi səbəbindən aktual hala gəldi.
Cənab Motazeri, regional sülh və təhlükəsizliyə qarşı mövcud təhlükənin aradan qaldırılmasının zəruriliyini vurğulayaraq, qeyd etdi ki, İranın öz sərhədləri yaxınlığında terrorun yayılmasında dözməyəcək.