Hindistan tərəfi iki böyük nəqliyyat təşəbbüsü barədə bildirdi. Söhbət Fars körfəzi-Qara dənizi nəqliyyat dəhlizindən və “Şimal-Cənub” nəqliyyat dəhlizindən gedir.
ER XİN başçısı bildirib ki, Hindistan xarici işlər naziri ilə görüş zamanı regiondakı infrastrukturlar, xüsusən də “Şimal-Cənub” nəqliyyat dəhlizi məsələsinə də toxundular.
“Çabahar limanı ətrafında son zamanlarda baş verən müsbət inkişafları, Hindistan-Ermənistan yolunda birbaşa ünsiyyətin qurulmasını, habelə Ermənistandan şimala, Gürcüstandan Rusiyaya və bəlkə də Qara dənizindən Avropaya tranzit transferləri məsələsini müzakirə etdik. Bu, gündəmimizin vacib hissəsidir.
Fars körfəzi-Qara denizi təşəbbüsünə gəlincə, bu məsələni dünən İran tərəfi ilə müzakirə etdik. Bu müqavilə baxımından hadisələr kifayət qədər dinamik inkişaf edir. Ümid edirəm ki, yaxın gələcəkdə bu sənədlə bağlı imzalanmış bir razılaşma əldə edəcəyik",-Mirzoyan deyib.
İran XİN başçısı qeyd edib ki, görüşdə qarşılıqlı uçuşların həyata keçirilməsi məsələsini də müzakirə etdilər.