Bu gün ER-nın Baş naziri Nikol Paşinyan Hindistanın xarici işlər naziri Suramanyam Cayşankari və onun başçılıq etdiyi nümayəndə heyəti qəbul edib.
“Ancaq bildirmək istərdim ki, nəinki hazır olduğumuzu ifadə etmək istəyirik, həm də əməkdaşlığımıza dair konkret fikirlərimiz, təkliflərimiz var”,- deyə ER Baş naziri qeyd edib.
Həmsöhbətlər Ermənistan-Hindistan siyasi dialoqunun yüksək səviyyədə olduğunu, istifadə olunmamış böyük iqtisadi potensialın mövcud olduğunu nəzərə alaraq iqtisadi proqramlara daha çox diqqət yetirilməsinin vacibliyini vurğulayıblar. Hindistanın xarici işlər naziri Ermənistana işgüzar forum təşkil etməyi və ya işgüzar missiya göndərməyi təklif edib. Konkret addımların atılması üçün razılıq əldə edilib.