Bu gün Azərbaycanda aeroport yolunda yük maşınının 171 nömrəli sərnişin avtobusuna çırpılması nəticəsində xəsarət alan 21 nəfər xəstəxanaya çatdırılıb. Qəza yolun Suraxanı dairəsi adlanan hissəsində baş verib. Qəza zamanı 5 nəfər ölüb.
İlkin məlumatlara görə, qəzaya səbəb yük avtomobilinin sürücüsünun sükan arxasında yuxulaması olub.
Bakı şəhər Yol Polisi İdarəsindən bildirilib ki, qəzaya səbəb olan yük maşınının sürücüsü, 2002-ci il təvəllüdlü Mahmud Əzizov saxlanılıb.