Rusiya Prezidenti Vladimir Putin və ER Baş naziri Nikol Paşinyan arasındakı danışıqların formatı söhbət və iş yeməyi nəzərdə tutur. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Daha əvvəl Kremlin mətbuat xidməti bildirdi ki, görüşdə Ermənistan baş naziri və Rusiya prezidentinin Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Dağlıq Qarabağla bağlı 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatların həyata keçirilmə prosesi, eləcə də bölgədə sabitliyin möhkəmləndirilməsi və iqtisadi əlaqələrin qurulması istiqamətində atılacaq növbəti addımları müzakirə olunacaq.