ER Parlamentinin sədri Alen Simonyan oktyabrın 12-də Suriya Ərəb Respublikasının Ermənistandakı fövəladə və səlahiyyətli səfiri Məhəmməd Hac İbrahimi qəbul edib.
ER Parlamentinin sədri parlamentlərarası əməkdaşlığın inkişafını vurğulayaraq əminliklə bildirib ki, gələcəkdə yaradılacaq Ermənistan-Suriya parlamentlərarası dostluq qrupu münasibətlərin dərinlədirilməsinə yeni təkan verəcək.
Alen Simonyan qeyd edib ki, Suriya erməniləri Ermənistana və Artsaxa yeni və gözəl mədəniyyət gətirib.
Tərəflər Türkiyənin bölgədə sabitliyi pozan roluna toxunublar. Bu baxımdan, səfir öz növbəsində muzdluların və terrorçuların 44 günlük müharibəyə cəlb edilməsini yolverilməz və qəbuledilməz hesab edib.