Ermənistanda son sutkada daha 601 nəfər COVID-19-a yoluxub, 891 nəfər sağalıb. Məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Qeyd olunub ki, bununla da koronavirusa yoluxanların ümumi sayı 272 957-yə yüksəlib.
Bildirilib ki, son sutkada isə 26 nəfər ölüb və COVID-19-dan ölənlərin ümumi sayı 5 575-ə çatıb.
Virusdan 249 158 nəfər sağalıb. Hazırda 16 997 pasiyent müalicə olunur.