Gürcüstanda elan edilən matəm günündə, Ermənistan Respublikasının Gürcüstandakı səfirliyi Batumidəki faciə nəticəsində insan tələfatı ilə əlaqədar yas tutur.
Ermənistanın Gürcüstandakı səfirliyinin "Facebook" səhifəsində deyilir: "Həlak olanların yaxınlarına və qohumlarına dərin hüznlə başsağlığı veririk, onlara kədərin öhdəsindən gəlmək üçün güc və dözüm diləyirik, yaralıların və zərər çəkənlərin tezliklə sağalmasını diləyirik".
Xatırladaq ki, bu gün Gürcüstanda matəm günüdür.