ER Prokurorluğu oktyabrın 9-da Martakert bölgəsində – təmas xətti yaxınlığında kənd təsərrüfatıl işləri apararkən Matağis kəndindən olan mülki şəxsin Azərbaycan tərəfinin açdığı atəş nəticəsində ölümcül yaralanması ilə bağlı bəyanat yayıb.
“Kənd təsərrüfatı işlərinə başlamazdan əvvəl, ərazinin yaxınlığı nəzərə alınmaqla, Martakert şəhər ictimaiyyətinin və Müdafiə Ordusu nümayəndələrinin vasitəçiliyi ilə rus sülhməramlıları, işin təhlükəsizliyini təmin etmək üçün bölgəyə gəliblər. İlkin məlumata görə, sürücü əvvəlcə kənd təsərrüfatı texnikasını idarə etməkdən yayınsa da, sülhməramlılardan biri təhlükəsizliyin əlavə təminatı olaraq kabinədə onunla şəxsən əyləşməyi təklif edib”,- deyə bəyanatda qeyd edilib.
Azərbaycan silahlı qüvvələri tərəfindən atəşkəs rejimini pozaraq bir mülki şəxsin öldürülməsi ilə bağlı mövcud məlumatlar Artsaxdakı RF Prokurorluğunun nümayəndələrinə ötürülüb və onlarla operativ və səmərəli əməkdaşlıq təmin edilib.
Prokurorluq, Martakert sakininin öldürülməsi və atəşkəsin kobud şəkildə pozulması ilə bağlı obyektiv araşdırma aparacaq.