Artsaxın Martakert şəhərində 55 yaşlı mülki şəxsin öldürülməsi, Azərbaycan hakimiyyətinin ermənifobiya və düşmənçilik siyasətinin nəticəsidir. Bu barədə ER İnsan Haqları Müdafiəçisi Arman Tatoyan öz Facebook səhifəsində yazıb.
Mülki vətəndaş Aram Tepnants nar bağında işləyərkən snayper tərəfindən güllələnib.
Azərbaycan silahlı qüvvələrinin bu cinayət əməli, Artsaxda erməni mülki şəxsin öldürülməsi, onun yaşamaq hüququnun açıq və qanunsuz şəkildə pozulmasıdır.
Ombudsman qeyd edib ki, bu kimi cinayət əməllərinin törədənləri və ermənifobiya təşviq edən Azərbaycan hakimiyyəti cəzalandırılmadıqca, erməni əhalisinin həyatına, təhlükəsizliyinə və digər həyati hüquqlarına zəmanət vermək mümkün deyil