Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belqradda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.
Bu barədə Türkiyənin XİN rəhbəri “Twitter”də bildirib.
Görüşdə nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin bəzi məsələləri, habelə regiondakı cari vəziyyət ilə bağlı fikir mübadiləsi aparıblar.