Moskva bütün regional oyunçularla dialoqdadır. Bunu Rusiya Federasiyasının XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bildirdi.
“Bizim prinsipial mövqeyimiz belədir: bizim üçün Cənubi Qafqazda geosiyasi sabitliyin və təhlükəsizliyin təmin edilməsi məsələsi prioritetdir. Ölkəmiz bütün regional oyunçularla dialoqda olmaq da daxil olmaqla, hərtərəfli uyğun siyasət aparır",- Zaxarova deyib.
O əlavə edib ki, Rusiya və İran xarici işlər nazirləri "3+ 3” platformasının (Ermənistan, Gürcüstan, Azərbaycan, Rusiya, İran, Türkiyə) yaradılması imkanlarını müzakirə ediblər.