ER Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan Azərbaycan SQ tərəfindən Şuşidəki Qazançetsots Ana Katedralının ikiqat bombalanmasının ildönümünü münasibətilə şərhlə çıxış edib.
Şərhdə xüsusilə deyilir:
"2020-ci ilin oktyabrın 8-də Artsax və onun xalqına qarşı hərbi təcavüz zamanı Azərbaycan SQ Şuşidəki Müqəddəs Qazançetsots Katedralına yüksək dəqiqlikli silahlarla ikiqat hava zərbələri endirdi və sonuncuya ciddi ziyan vurdu. Noyabrın 9-da üçtərəfli bəyanatdan bir neçə gün sonra eyni kilsə vandalizm və təhqirə məruz qaldı. Azərbaycan, Şuşi Katedralına fiziki ziyan vurmaqla yanaşı, kilsənin erməni kimliyini təhrif etməyə çalışmağa davam edir ki, bu da təmir bəhanəsi ilə kilsənin memarlıq görünüşünü dəyişdirməklə edilir.
İbadət yerinin qəsdən ikiqat bombalanması nəinki beynəlxalq hüquqla, xüsusən “Silahlı münaqişə vəziyyətində mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyası (1954-cü il) və ona əlavə edilmiş ikinci protokolla (1999-cu il) ilə cəzalandırılan cinayətdir, həm də simvolik xarakter daşıyır. Bu, Azərbaycanın Artsaxda ermənilərin mövcudluğunun hər hansı bir izini yox etməyə yönəlmiş siyasətinin bariz təzahürüdür.
Azərbaycanın Artsaxa təcavüzündən bir il sonra, Azərbaycanın nəzarətinə keçmiş Artsax ərazilərində 1500-ə yaxın tarixi və mədəni irs obyektinin, ibadət yerlərinin, həmçinin minlərlə muzey nümunəsinin taleyi qeyri-müəyyən olaraq qalır və təhlükə altındadır.
Azərbaycan silahlı qüvvələri tərəfindən erməni kilsələrinin, digər mədəniyyət və dini abidələrin qəsdən məhv edilməsi və vandalizmin sənədləşdirilmiş halları çoxdur. Bundan başqa, onların fiziki məhv edilməsi ilə yanaşı, Azərbaycan tərəfindən tarixi faktların saxtalaşdırılmasının, erməni abidələrinin kimliyinin təhrif edilməsinin şahidi oluruq.
Bu kontekstdə, Azərbaycanın UNESCO-nun ekspert missiyasının təhlükə altında olan erməni mədəni irs obyektlərinə girməsini əngəlləməyə və ya mümkün qədər məhdudlaşdırmağa davam etməsi təsadüfi deyil, törətdiyi hərbi cinayətləri ört-basdır etməyə çalışır.
Xalqıların mədəni və dini irsi olan tarixi-mədəni abidələr və ibadətqahlara qarşı vəhşiliklər beynəlxalq hüququ kobud şəkildə pozur, ümumbəşəri dəyərlərə ziddir və qəti şəkildə pislənilir.
Şuşi Ana Katedralı Artsaxdakı Erməni Apostol Kilsəsinin vacib mərkəzlərindən biridir və erməni kilsəsinin xidmətçiləri və izləyiciləri həmin ziyarətgaha maneəsiz daxil olmalıdır”.