RİA Novosti-nin yaydığı məlumata görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukrayna və Gürcüstanın NATO-ya üzv olma səylərini dəstəkləyir.
“Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik, Krımın ilhaqını tanımırıq. Düşünürəm ki, Ukrayna və Gürcüstana nəinki ərazi bütövlüyü məsələlərinə görə dəstək verməyə davam etmək, həm də onların potensiallarını zəiflətmək cəhdlərinə qarşı çıxmaq, NATO-ya üzvlük səylərini dəstəkləmək lazımdır",- deyə Çavuşoğlu qeyd edib.
Eyni zamanda, Türkiyənin xarici işlər naziri Ankaranın Moskva ilə əlaqələrini konstruktiv və intensiv olaraq xarakterizə edib.