İtaliya Respublikasında dövlət səfərində olan Ermənistan Respubliaksının Prezidenti Armen Sargsyan İtaliyanın Baş naziri, Nazirlər Şurasının sədri Mario Draqi ilə görüşüb.
Görüş zamanı tərəflər, Ermənistan-İtaliya əlaqələrinə əhəmiyyət veriblər.
Armen Sargsyan Romadakı La Sapienza Universitetini ziyarət edəcək, universitetin rektoru Antonella Polimenlə görüşəcək.
Universitet və Təhsil və Elm Nazirliyi arasında anlaşma memorandumu da nəzərdə tutulur.
Günün sonunda Prezident Sargsyan Levonyan kollecini ziyarət edəcək. Orada erməni icmasının nümayəndələri ilə görüşəcək.