Oktyabrın 7-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan 35 ərizəçinin işi üzrə qərarlarını elan edib. Hökumət ümumilikdə 176 700 avro ölçüsündə təzminat ödəməlidir, bu barədə Turan-a hüquqşünas Xalid Ağaliyev bildirib.
Məhkəmə ərizəçilərin ədalətli mühakimə təhqiqatı, ifadə azadlığı, əmlakın toxunulmazlığı, icbari əməyin yolverilməzliyi və qulluğun qadağan edilməsi hüquqlarının pozulduğu qənaətinə gəlib.