Oktyabrın 7-də Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan Rusiya Prezidenti Vladimir Putinə doğum günü münasibətilə təbrik məktubu göndərib və Artsax Respublikasının xalqı və hakimiyyəti adından şəxsən təbrik edib.
Artsax Prezidenti qeyd edib ki, 2020-ci ilin payızında hərbi əməliyytaların dayandırılmasında və sülhün təsdiq olunmasında, eləcə də Artsax xalqının təhlükəsizliyinin təmin edilməsində və bölgədə sabitliyin qorunmasında Vladimir Putinin aktiv iştirakını və böyük töhvəsini Artsaxda yüksək qiymətləndirirlər və xatırlayırlar.
“ATƏT-in Minsk Qrupu çərçivəsində və ayrı-ayrı formatlarda Azərbaycan-Qarabağ münaqişəsinin sülh yolu ilə və yekun həlli prosesində Sizin və Rusiya Federasiyası Hökumətinin rolu əvəzsizdir.
Əsrlər boyu iki qardaş xalqımız arasında qurulan isti və səmimi dostluğun daha da möhkəmlənəcəyinə və dərinləşəcəyinə ümid edirik” , - deyə təbrik mesajında qeyd edilib.