İran Goris-Kapan dövlətlərarası yolunun alternativi olan Tatev-Ağavni-Kapan yolunun inşatında iştirak etmək niyyətindədir. İran İslam Respublikasının Şəhərsalma və Yollar nazir müavini Xeyrollah Xademinin başçılıq etdiyi nümayəndə heyəti Yerevandadır.
Xeyrollah Xademi qeyd etdi ki, İran-Ermənistan dövlət yolu Tehran üçün strateji əhəmiyyətə malikdir.
“İrandan başçılıq etdiyim nümayəndə heyəti buraya səfər etdi. Biz Tatev-Kapan yolunu ziyarət etdik və yeni yolun inşatında Ermənistanı dəstəkləməyə hazırıq. İran öz texniki və mühəndis imkanlarını Ermənistana verməyə hazırdır”,- deyə nazir müavini qeyd etdi.
İran rəsmisi, Tehranın Şimal-Cənub yolunun tikintisində Ermənistana kömək etməyə hazır olduğunu bir daha təsdiqlədi.
İranşünas Janna Vardanyan İran-Azərbaycan gərginliyə toxunaraq qeyd etdi ki, İran Ermənistanla İran arasındakı sərhədlərdə hər hansı bir dəyişiklik olacağını istisna edir
“Bu günlərdə keçirilən hərbi təlimlərin əsas mesajlarından biri məhz budur ki, İran sərhəd dəyişikliyinə heç bir şəkildə dözməyəcək.