İranın XİN başçısı Hüseyn Əmir Abdullahian Moskvadadır. Təhlilçilər qeyd edirlər ki, səfər İran silahlı qüvvələrinin Azərbaycan sərhədi yaxınlığında hərbi təlimlərə başlamasının və Bakı-Tehran münasibətlərindəki gərginliyinin fonunda baş verir.
Xİ naziri bildirib ki, Sergey Lavrovla regional gündəmdə duran məsələlərə, o cümlədən Cənubi Qafqaza toxunacaqlar.
“Lavrovla görüş zamanı Qafqazdakı hadisələrlə bağlı mövqelərimizi müzakirə edəcəyik. Rusiyanın bölgədə terrorçuların varlığına həssas yanaşmasını, bölgədəki mümkün sərhəd dəyişikliklərinə reasiya verməsini gözləyirik,-o qeyd etdi.