ER Mülki Aviasiya Komitəsi təsdiq edir ki, bu il oktyabrın 6-da Ermənistan Respublikasının hava məkanı vasitəsilə Bakı-Naxicevan marşrutu üzrə uçuş həyata keçirilib.
“Həm Ermənistan Respublikasının, həm də Azərbaycanın hava məkanından istifadə 44 günlük müharibə istisna olmaqla, mülki təyyarələrlə məhdudlaşmayıb.
Sözügedən marşrut üzrə uçuşlar 8 noyabr 2014 -cü il tarixinə qədər davamlı olaraq həyata keçirilmiş, bundan sonra Azərbaycan tərəfi öz təşəbbüsü ilə Ermənistan Respublikasının hava məkanından istifadəni dayandırmışdır.
Bütün bu müddət ərzində "Zvartnots" hava limanından Azərbaycanın hava məkanı vasitəsilə "əks istiqamətdə" digər ölkələrə uçuşlar həyata keçirilib və davam etməkdədir.
Əlavə etmək lazımdır ki, tranzit aviasiya icazəsi ER aviasiya orqanları tərəfindən verilmir, çünki prosedurlara görə mülki təyyarələrlə tranzit uçuşlarının həyata keçirilməsi üçün heç bir icazə tələb olunmur.
Hava yollarını seçmək hüququ təyyarə operatorlarına aiddir", - deyə Mülki Aviasiya İdarəsinin açıqlamasında deyilir.