Bütün ermənilərin katolikosu II Qareginin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində ER İnsan Haqları Müdafiəçisi Arman Tatoyan Vatikanın dövlət katibi, kardinal Pietro Paroli ilə görüşdə iştirak etdi.
Arman Tatoyan 2020-ci ilin sentyabr-noyabr müharibəsindən sonra erməni əsirlərin məruz qaldığı işgəncələri və qəddar rəftarı ilə bağlı hesabatlarını və sübutları Vatikanın dövlət katibinə təqdim etdi.
O, Azərbaycanda saxlanılan erməni əsirlərin geri qaytarılmasının vacibliyini vurğulayaraq, beynəlxalq tələblərin kobud şəkildə pozulduğunu, onların hərbi-siyasi sövdələşmə üçün saxlanıldığını qeyd etdi.
Ombudsman müharibədən sonra Azərbaycan SQ-nin ER suveren ərazisində yerləşdirilməsi halları barədə də danışdı.