Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Parlamentdə Nyu-York səfərindən, bu səfər çərçivəsində ATƏT-in həmsədrləri, həm də Azərbaycan xarici işlər naziri ilə görüşdən bəhs edib.
“Bu formatda müzakirələrin və danışıqlar prosesinin bərpası mütləq alqışlanır, bu, Ermənistan və Dağlıq Qarabağın maraqlarına uyğundur. Əslində, problemin həll edilmədiyini bir daha sübut edirik. Bilirsiniz, Azərbaycandan problemin artıq olmadığını söyləməyi sevirlər!
Ancaq bununla, dünya, beynəlxalq ictimaiyyət sübut edir, əmin edir ki, problem mövcuddur, həllini tələb edir və həll yolunun axtarılması ATƏT-in Minsk Qrupunun həmsədrinin mandatı altında aparılmalıdır”,- deyə Mirzoyan qeyd edib.