İranın Ali Rəhbəri Seyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi höccətülislam Seyid Əliəkbər Ocaqnejadın Bakıda fəaliyyət göstərən ofisi və Hüseyniyyə məscidi koronavirus infeksiyasına görə fəaliyyətini dayandırıb.
Bunu Azərbaycanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.
O bildirib ki, paytaxtın bir neçə yerində son günlər COVID-19 virusuna yoluxanların sayı artıb:
"Bu gün günorta saatlarında polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə ofisin yerləşdiyi Hüseyniyyə məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür".