İran Hökumətinin, Yollar və Şəhərsalma Nazirinin qərarına əsasən, İrandan Yollar və Şəhərsalma nazir müavi Heyrollah Xadaminin başçılıq etdiyi mühəndis heyəti Ermənistana səfər etdi.
Nazir müavini “Pars Today”-a müsahibəsində qeyd etdi ki, nümayəndə heyətinin məqsədi, Ermənistanın müvafiq orqanları ilə Goris-Kapan yolunda İran yük maşınları üçün yaradılan çətinliklərin araşdırılmasıdır.
“Ermənistan artıq Tatev bölgəsində alternativ yolun tikintisinə başlayıb. Bu yolu ilə yük maşınların və birbaşa daşımaların ən qısa zamanda normallaşdırılması Ermənistan tərəfi ilə danışıqlar aparırıq.
İran-Ermənistan dövlətlərarası yolu İran üçün strateji əhəmiyyətə malikdir”,- deyə Xadami qeyd etdi.
O, bildirdi ki, İran yeni yolun tikintisində və mühəndislik yardımı göstərməkdə Ermənistana kömək etməyə hazırdır.
Nazir müavininin sözlərinə görə, İran Şimal-Cənub yolunun tikintisində Ermənistanla əməkdaşlığa hazırdır.