Üç günlük səfərlə Ermənistana gəlmiş Beynəlxalq Frankofoniya Təşkilatının baş katibi Luis Muşikivabonun başçılıq etdiyi nümayəndə heyəti, Ermənistan xarici işlər nazirinin müavini Vahe Gevorgyanın müşayiəti ilə Erməni Soyqırımı Xatirə Kompleksini ziyarət edib
Luis Muşikivabo Erməni Soyqırımının qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə çiçəklər qoyaraq günahsız qurbanların xatirəsini bir dəqiqəlik sükutla yad edib. Frankofoniyanın baş katibi, həmçinin Erməni Soyqırımı muzeyini gəzib, daimi və müvəqqəti sərgilərlə tanış olub, fəxri qonaqlar kitabına qeyd edib.