ER xarici işlər naziri Ararat Mirzoyan iralı həmkarı Hüseyn Əmir Abdullahian ilə birgə mətbuat konfransında çıxış edib.
ER Xİ naziri öz çıxışında qeyd edib ki, görüşdə İranla əməkdaşlığımızın minillik qardaşlıq üzərində quruluduğu vurğulandı və hər iki tərəf bütün istiqamətlərdə strateji tərəfdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirdi.
“Regional məsələləri də müzakirə etdik. Mən Dağlıq Qarabağa qarşı Azərbaycan və Türkiyənin son təcavüzü və bunun nəticələrini ətraflı şəkildə təqdim etdim. Həmçinin qeyd etdim ki, bu təcavüzdə müxtəlif bölgələrdən gətirilən muzdlu terrorçular da iştirak edirdi.
Müharibədən sonra bir sıra humanitar problemlərin qaldığını da qeyd etdim. Azərbaycan hərbi əməliyyatlar başa çatdıqdan sonra bütün erməni əsirləri və mülki girovları azad etməliydi, amma onlar hələ də Bakıda saxlanılır. Onların sərbəst buraxılması və geri qaytarılması dərhal həyata keçirilməlidir”,-deyə nazir vurğuladı.
Mirzoyanın sözlərinə görə, Ermənistan kommunikasiyaların açılması üçün danışmağa hazırdır, amma Azərbaycan sözdə "Zangezur dəhlizi" haqqında heç bir söz və razılaşma olmadığı halda, yanlış şərhlə danışmağa çalışır.
“Bu və Azərbaycanın Ermənistanın suveren ərazisinə müdaxilələri bölgənin sabitliyi və təhlükəsizliyi üçün səylərimizi təhlükəyə atır. Bu kontekstdə Ermənistanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı barədə İranın mövqeyini yüksək qiymətləndiririk”.